“Birmingem Kuboku”nda növbəti turun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, millimizin hücumçusu Renat Dadadaşovun da şərəfini qoruduğu “Vulverhempton”unun 23 yaşlılardan ibarət komandası səfərdə “Liminqton”lu həmyaşıdları ilə qarşılaşıb. Görüş “cavnavarlar”ın qələbəsi ilə yekunlaşıb – 0:2.
Renat bu görüşdə 69-cu dəqiqədə, iki qolun da müəllifi olan Donqda Henin əvəzinə meydana daxil olub.