Kateqoriyasız

Renat Dadaşovun yeni klubu bilindi -RƏSMİ

Azərbaycan millisinin və İngiltərə “Vulverhempton”un hücumçusu Renat Dadaşov karyerasını İsveçrədə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, müqavilə ilə İngiltərə klubuna məxsus forvard sözügedən ölkənin

“Qrasshopers” klubuna keçib. Birinci divizion təmsilçisi Dadaşovla 1 illik icarə müqaviləsi imzalandığını açıqlayıb.

Xatırladaq ki, R. Dadaşov 2019-cu ilin avqustunda keçdiyi “Vulverhempton”la 4 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43