08 Sentyabr 2024
Dünya futbolu

Renat son dəqiqələrdə oynadı, “Hatayspor” qələbə qazandı

Türkiyə Süperliqasında 23-cü tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” “Karagümrük”ü qəbul edib. Görüş Anadolu təmsilçisinin qələbəsiylə başa çatıb – 3:1

Renat oyuna 90-cu dəqiqədə daxil olub. “Hatayspor” ardıcıl 2-ci qələbəsini qazanaraq xalını 28-ə çatdırıb və 12-ci sıraya yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43