Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” Türkiyə kubokunda 1/8 final oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Anadolu təmsilçisi bu mərhələdə “Başakşəhər”lə qarşılaşıb.
Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Başakşəhər” 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Dadaşov start heyətdə meydana daxil olub və 90-cı dəqiqədə əvəzlənib.