Ölkə futbolu Premyer Liqa

Renduliçdən Samir Abasova cavab: “Sumqayıt”ın xeyrinə verilən penaltilərdən danışırammı?”

“Onların futbolçularına təəccüblənirəm. Bar-bar bağıran siz idiz ki, rəqiblər vaxt aparır. Bu gün sizi yerdən yığışdırmaq olmurdu”. Bu sözlər “Sumqayıt”ın baş məşqçisi Samir Abasaova məxsusdu. “Gənclik şəhəri”nin təcrübəli baş məşqçisi “Sabah”la Premyer Liqanın 35-ci turunun oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin “ardıcıl 4-cü dəfədir səfərdə “Sabah”ı məğlub edə bilmirsiz. Bu, təsadüfdür?” sualına cavab verərkən deyib.

Çox keçmədi ki, “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Abasova cavab verdi. “Bayquşlar”ın xorvat baş məşqçisi matçdan sonra Samir Abasovun bu hərəkətindən məyusluğunu dilə gətirərək, konfrans zalını tərk eləyəndə, jurnalistlərə giley-güzar etdi:

“Mən də çox şey danışa bilərəm. “Sumqayıt”ın xeyrinə verilən penaltilərdən danışırammı? Məğlubiyyəti qəbul etmək lazımdı. Gəlib  təbrik edib, əl sıxmaq lazımdı”.

Qeyd edək ki, Masazırda keçirilən matçda “Sabah” rəqibinə 2 cavabsız qolla qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43