Mərakeşdə keçirilən klublararası dünya çempionatının yarımfinal mərhələsində sensasiya qeydə alınıb.
Belə ki, Cənubi Amerikanın ən güclü komandası "Atletiko Mineyro" gözlənilmədən yerli "Raca Kasablanka" klubuna məğlub olub. Ronaldinyonun qolu da təsəllidən başqa bir şey olmayıb – 3:1.
Ən çox diqqət çəkən məqamlar isə oyundan sonra baş verib. Ronaldinyoya yaxınlaşan "Rasa Kasablanka"lı futbolçular ona öz sevgilərini etiraf ediblər və hətta, ulduz futbolçunun forma və butslarını da çıxarıblar.