Hal-hazırda Premyer Liqanın XIII turu çərçivəsində "Rəvan" "Bayıl Arena"da "Sumqayıt"ı qəbul edir.
Matçın gedişatında maraqlı bir məqam diqqətimizi çəkdi.
Belə ki, oyunun 65-ci dəqiqəsində "Rəvan"ın futbolçusu Rəşad Abdullayev əvəzlənərək meydandan çıxarkən, baş məşqçisi Şahin Diniyevin əlini sıxmayıb və əsəbi şəkildə ehtiyat skamiyaya üz tutub.
Buna baxmayaraq Diniyev öz böyüklüyünü göstərərək, futbolçuya yaxınlaşıb və göstərdiyi oyuna görə ona təşəkkür edib.