28 Fevral 2024
Kateqoriyasız

Rəşad Sadiqov: “Biz sadəcə, zarafatlaşırdıq”

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqov "Neftçi" ilə oyundan sonra sualları cavablandırıb.

Futbolçunun İdmanxeber.com saytına müsahibəsini təqdim edirik:

– "Neftçi" ilə oyun haqda düşüncələrinizi almaq istərdik…

– Çətin oyun oldu. Qələbə qazana bilərdik. Təəssüf ki, son saniyələrdə qol buraxdıq. Üzücüdü. Komanda bu şokdan çətin ayılacaq.

– Hakim bu oyunda 4 qırmızı vərəqə göstərdi. Sizcə, ədalətli qərarlar idi?

– Mənim nəsə deməyim heç nəyi dəyişməyəcək. Qoy onlar özləri bu epizodların təkrarına baxsınlar, öz fikirlərini desinlər.

– Kənardan sizin bu oyuna xüsusi motivasiya ilə çıxdığınız hiss olunurdu…

– Qələbə qazanmağımızı çox istəyirdim. Təəssüf ki, 3 xalı əldən verdik.

– Komanda sanki, oyunun sonunda arxayınlaşmışdı…

– Deməzdim. Sadəcə, müdafiəyə çəkilməklə səhvə yol verdik. Üstünlüyümüzdən yararlanıb, qabağa getməliydik. Bu, oyunumuza təsirini göstərdi. Uşaqlara da bunu dedim, amma alınmadı.

– Bəzi epizodlarda "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçlə mübahisə edirdiz. Nə baş vermişdi?

– Elə bir şey yox idi. Biz sadəcə, zarafatlaşırdıq.

– Stamenkoviç komanda yoldaşınızın meydandan qovulduğu epizodda daha çox canfəşanlıq göstərdi…

– Elvin Əsgərov belə bir oyunu idarə edə biləcək hakim deyil. O, hər epizodda vərəqə göstərirdi. Oyunun sonunda bu qədər qırmızı vərəqənin olacağı gözlənilən idi. O, gənc hakimdi və belə bir oyunda özünü itirdi.

– Sizə elə gəlmir ki, bununla gərginliyi aşağı salmağa çalışırdı?

– Amma məncə, bunun tam əksi alındı.

Komandanız yenə xal itirdi…

– Qarşıdakı oyunlarda bizə çətin olacaq. Belə oyunla iki xal itirməməliydik.

Lənkəranda və ya Bakıda oynamağın fərqi çoxdu?

– Böyük fərq var. Lənkəranda stadion tam dolu olur. Burada isə azarkeş az idi. Evdə və ya səfərdə oynamaq tamamilə fərqlidi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43