Ölkə futbolu

Rəşad Sadıqov: “İçimdə sevinirəm”

“Bizi çempionluq münasibətilə təbrik edənlərə minnətdarlıq edirik. Allah hamıdan razı olsun. Belə görünürdü ki, hər şey asan olacaq. Çünki mövsümün sonlarında ən yaxın izləyicimizdən 13 xal aralanmışdıq. Amma heç kim fikirləşməzdi ki, çempionluq oyunumuz belə gözəl alınacaq. Allahın hər bir etdiyində bir xeyir var. “İnter”lə çox gərgin oyuna çıxdıq. İlk yarıda həyəcan hiss olunurdu. Çox yaxşıdır ki, gözəl qol vurduq. İkinci hissədə öz oyunumuzu oynadıq və daha inamlı çıxış etdik. Fikrimcə, gözəl qələbə qazandıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov jurnalistlərə açıqlamasında deyib.

Ağdam klubunun müdafiəçisi sevincini biruzə verməməsini belə izah edib:

“Mən də sevinirəm, bəlkə də hamıdan çox. Amma sadəcə, daha çox içimdə sevinirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43