Ölkə futbolu

Rəşad Sadiqov: “İnter”in belə futbol oynayacağını bilirdik”

“Gördüyünüz kimi çətin  oyun keçdi. “İnter”in belə futbol oynayacağını bilirdik. Rəqib 5 müdafiəçi ilə oynadığı üçün müdafiəni yarmaq çətin olurdu. Son turlarda uğursuz çıxışımız bir neçə futbolçumuzun olmamasından irəli gəlir”. 

Bui sözləri idmanxeber.com-a açıqlamasında “Neftçi”nn kapitanı Rəşad Sadiqov deyib.

Paytaxt klubunun aparıcı futbolçusu son turlarda qazanılan bu vür nəticələrin bəzi futbolçuların yoxluğu ilə əlaqələndirib:

“Komandanın bir neçə aparıcı üzvü olmayanda çətin olur. Elə “Bakı” ilə oyunda da qol epizodlarımız çox oldu, lakin yararlana bilmədik. Mənə elə gəlir ki, son turlarda bəxtimiz gətirmir. Bundan sonra daha yaxşı nəticə göstərməyə çalışacağıq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43