Bu gün qadın voleybolçular arasında dünya çempionatının III təsnifat mərhələsində III turuna yekun vurulub.
J qrupunda mübarizə aparan milli komandamız son oyunda lider Serbiya yığması ilə qarşılaşıb.
Oyun ərzində iki dəfə geri düşən Faiq Qarayevin yetirmələri əzmkarlıq sayəsində oyunu tay-brekə daşıya bilib. Burada isə millimiz daha dəqiq oynayaraq İtaliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb – (19:25, 25:18, 18:25, 25:16, 18:16).
Sonda onu da qeyd edək ki, oyunu izləyənlər arasında futbol üzrə milli komandamızın və "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov da var idi.