Antalyada hazırlığı başa vuran Azərbaycan çempionu “Qarabağ” artıq Bakıya qayıdıb.
İdmanxeber.com-un atv.az saytına istinadən yaydığı xəbərə görə, bu gün “ATV İdman”ın qonağı olan “Qarabağ”ın və Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov çempionata hazırlıqdan və yığmadakı karyerasından danışıb.
R. Sadıqov maraqlı açıqlamalar verib. Kapitan deyib ki, lazım gələrsə müqaviləylə ona çatacaq məvacibinin yarısını kluba bağışlamağa hazırdır.