İdman

Rəşad Sadıqov milli karyerasını başa vurması haqda: “Bütün sualları … cavablandıracağam”

DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya qarşılaşması milli komandamızın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq. 

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın saytına fikrini bildirən 35 yaşlı müdafiəçi Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib və 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43