“Qarabağ”ın kapitanı Rəşad Sadıqov komandadan ayrılıb.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli müdafiəçi Türkiyəyə yola düşüb. Sadıqov tibbi müayinədən keçmək üçün bu ölkəyə yollanıb.
Tibbi müayinədən keçəcək Sadıqovun əməliyyat olunub-olunmayacağı məhz bundan sonra məlum olacaq.