İdman

Rəşad Sadıqov sonuncu dəfə millinin formasını əyninə keçirir

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov yığma karyerasını başa vuracaq.

İdmanxeber.com-un məlumatına görə, “Futbol+”a istinadən xəbər verir ki, o oktyabrın 5-də sonuncu dəfə millimizin şərəfini qoruyacaq.

Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya millisinə qarşı matçdan sonra milli karyerasını bitirəcək. 

Qeyd edək ki, 35 yaşlı müdafiəçi millinin heyətində ilk matçını 2001-ci il oktyabrın 6-da Solnada İsveçə 0:3 hesabı ilə məğlub olduğumuz qarşılaşmada geyinib. Sadıqov indiyə kimi yığmada keçirdiyi 110 oyunla bu mənada rekordçudu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43