İdman

Rəşad Sadıqov və Françesko Totti bir yerdə – FOTOLAR

U-20 və U-21 millimizin, “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının  baş məşqçisi Rəşad Sadıqov hazırda İtaliyadadır.

İdmanxeber.com-un məlumatına görə, o, UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində “Roma”nın düşərgəsindədir. “Qarabağ”ın kapitanı burada ötən mövsüm futbolçu karyerasını başa vuran “Roma”nın hazırkı idman direktoru Françesko Totti və komandanın hücumçusu Edin Dzeko ilə görüşüb.

Qeyd edək ki, R.Sadıqov sabah “Roma”nın “Kalyari” ilə keçirəcəyi İtaliya A Seriyasının 17-ci turunun matçını izləyəcək.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43