Ölkə futbolu

Rəşad Sadıqov yeni yaranan “Kəlbəcər” klubuna dəstək olacaq! (ÖZƏL)

Bir zamanlar Premyer Liqada çıxış edən və ölkə çempionu adını qazanan "Bakı"nın da çıxış etdiyi Həvəskar Liqasına maraq son dövrlərdə artmaqdadı. 

İdmanxeber.com-un məlumatına görə, həvəskar gənclərdən düzələn komandaların mübarizə apardığı yarışa yeni mövsümdən etibarən "Kəlbəcər" futbol klubu da qoşulacaq. Gəncədə məskunlaşan kəlbəcərli həvəskar özlərinə yeni klub yaradıblar. Cəlaləddin Sarıyevin təşkilatçılığı və təşəbbüsü ilə ərsəyə gələn komandanın hədəfləri elə də kiçik deyil.
Saytımıza etibarlı mənbədən daxil olan məlumata görə, futbolçular komandanın top və forma ilə təmin olunması üçün "Qarabağ"ın üzvü Rəşad Sadıqovdan maddi dəstək xahiş ediblər. Öz növbəsində onların bu istəyini yerə salmayan təcrübəli müdafiəçi kəlbəcərlilərin yeni mövsümdən etibarən Həvəskarlar Liqasında çıxış etməsində lazım olan bütün köməkliyi göstərəcəyinə söz verib.

“Kəlbəcər” rayonlar, şəhərlər arası yoldaşlıq görüşlərində dəfələrlə birinci yer tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43