İdman

Rəşad Sadıqovun komandası Kosovadan başıaşağı dönür

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.
İdmanxeber.com-un məlumatına görə, millimizin mübarizə apardığı 5-ci qrupda iki görüş olub.
Yığmamız səfərdə Kosovo ilə qarşılaşıb. Bu, baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında komandamızın ilk rəsmi oyunu kimi tarixə düşüb. Yığmamız səfərdə rəqibinə 2 cavabsız qolla uduzub.

22 mart

22:00. Kosovo – Azərbaycan 2:0

Qollar: F. Hasani, 54; B. Kolqeci, 61
Baş hakim:
 Donald Robertson (Şotlandiya)
Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43