23 Oktyabr 2024
Dünyadan

Rəsmən açıqlandı: Argentinalı futbolçu Madrid klubunda

İspaniyanın “Atletiko” klubu “Benfika”nın üzvü Nikolas Qaytanı heyətinə qatıb.

İdmanxeber.com-un məlumatına görə, Madrid təmsilçisi argentinalı futbolçu ilə ilkin raızlıq əldə edildiyi ilə bağlı xəbər yayıb. 

Məlumatda bildirilir ki, Qaytan hazırda Argentina millisi ilə birgə “Kopa Amerika”da iştirak edir. Məhz buna görə də, sözügedən transfer tunirin bitimindən dərhal sonra baş tutacaq.

Qeyd edək ki, 2010-cu ildən “Benfika”nın şərəfini qoruyan 28 yaşlı yarımmüdafiəçi bu müddət ərzində ortuqlaiya təmsilçisinin heyətində 252 rəsmi matça çıxıb, 52 qol vurub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43