“Səbail” futbolçusu Amit Quluzadə ilə yolları ayırdığını rəsmən açıqlayıb.
İdmanxeber.com-un klubun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, onunla müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. Futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, A.Quluzadə yayda “Səbail”ə keçmişdi. Onun müqaviləsi mövsümün sonunda başa çatırdı.
Əlavə edək ki, “Səbail” bundan əvvəl Eqdaras Jarskislə müqaviləni ləğv etdiyini açıqlamışdı.