05 Fevral 2025
Kateqoriyasız

Respublika stadionunu direktoru istefa verdi – Xəstəlik adı ilə

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov vəzifəsindən uzaqlaşdırılıb. Məlumata görə, onun postunu tərk etməsinə səbəb səhhətindəki problemləri olub.

İdmanxeber.com-un məlumatına görə, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Akif İsmayılovun öz istəyi ilə postundan getdiyini deyib:

“Akif müəllim səhhətində problem olduğunu dedi və istefa ərizəsini nazirliyə təqdim etdi. Heç bir problem olmayıb. Öz istəyi ilə işdən uzaqlaşdırılıb”.

Nazirlik rəsmisinin sözlərinə görə, İsmayılovun yerinə kimin gətiriləcəyi hələ bilinmir:

“Hələ həmin vəzifəyə kimin gələcəyi bilinmir. Yaxın günlərdə bu barədə məlumat olan kimi mətbuata açıqlama veriləcək”. (publika.az)

Son zamanlar Respublika stadionunun durumuyla bağlı ciddi narazılıqlar vardı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43