Ölkə futbolu

“Rəvan” “atəşkəsi” poza biləcəkmi?

“Rəvan” Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Sumqayıt” klubunu qəbul edəcək. Noyabrın 8-i “Bayıl Arena”da keçiriləcək görüş öncəsi tarixə baş vurub komandaların oyunlarının statistikasını incələmək yerinə düşərdi.

Komandalar indiyə qədər öz aralarında 11 oyun keçirib. Bu görüşlərdən 9-u Premyer Liqa, 2-si isə I divizion çərçivəsində baş tutub. Bu matçlarda “Rəvan”ın böyük üstünlüyü var. Belə ki, “Rəvan” Premyer Liqada “Sumqayıt” ilə keçirdiyi 9 oyundan 6-da qalib gəlib və yalnız 2 halda meydanı xalsız tərk edib. Topların fərqində də “Rəvan”ın üstünlüyü var – 13:9.

I diviziondakı qarşılaşmalara gəlincə, “Rəvan” 2010/11 mövsümünün hər iki oyununda “quru” hesabla rəqibini üstələyib – 4:0, 1:0. Deməli, ümumi balansda 11 oyundan 8 qələbə əldə edən tərəf “Rəvan”dır.

Qeyd edək ki, “Sumqayıt” ilə Premyer Liqadakı ilk oyundan sonra “Rəvan”  heç vaxt bərabərə qlmayıb . Həmin bu istisna ev oyununa təsadüf edib. Ümumiyyətlə, doğma divarlar arasında “Rəvan” “Sumqayıt”a cəmi 1 dəfə uduzub: ötən il dekabrın 16-da baş tutan görüş 2:3 hesabı ilə “Sumqayıt”In xeyrinə nəticələnib. Bu həm də “şəhərlilər”in Premyer Liqada səfərdə əldə etdiyi son zəfərdir. Həmin oyundan sonra “Sumqayıt” düz 14 səfər matçında hesabına 3 xal yaza bilməyib. “Rəvan” isə ev oyunlarında ötən mövsümün axırlarında ardıcıl 4 qələbə qazansa da, cari mövsüm ev qələbəsinə həsrətdir. İlk 2 ev oyununda uduzan “Rəvan” sonrakı 4 qarşılaşmada “sülh” bağlayıb.

Sonda komandalar arasında ölkə çempionatında baş tutan oyunları da diqqətinizə çatdırırıq:

13.09.2010                Rəvan – Sumqayıt                 4:0                 
13.09.2011 Sumqayıt – Rəvan 0:1
13.09.2011 Rəvan – Sumqayıt 0:0
13.09.2011 Sumqayıt – Rəvan 0:1
13.09.2012 Sumqayıt – Rəvan 0:1
13.09.2012 Rəvan – Sumqayıt 3:2
13.09.2012 Sumqayıt – Rəvan 0:1
13.09.2012 Rəvan – Sumqayıt 2:3
13.09.2013 Rəvan – Sumqayıt 3:0
13.09.2013 Sumqayıt – Rəvan 4:1
13.09.2013 Sumqayıt – Rəvan 0:1



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43