“Rəvan” Premyer Liqanın VIII turunda AZAL-la üz-üzə gələcək. “Bayıl” stadionunda keçiriləcək hesabat turunun son oyunu ərəfəsində statisitikaya nəzər yetirək. Bazar günü keçiriləcək görüşə qədər komandalar 8 dəfə üz-üzə gəlib. 9-cu paytaxt derbisinə “Rəvan” üstün durumda çıxacaq. Komandanın hesabında 4, AZAL-ın isə 3 qələbəsi var. Elə topların nisbətində də “Rəvan” öndədi – 15:14.
Vladislav Qədirovun komandası “təyyarəçilər”lə bütün görüşlərdə qol vurub. “Rəvan” AZAL-la 4 ev oyununun 3-də qalib gəlib. Yeganə yenilgi ötən mövsüm ikinci “altılığ”ın oyununa təsadüf edib.