“Rəvan” futbol klubu bəyanat yayıb. İdmanxeber.com “sarı-qırmızılar”ın yaydığı bəyanatı olduğu kimi təqdim edir:
“Son günlər ölkə mətbuatında Azərbaycanın UEFA Gənclər Liqasında ilk təmsilçisi kimi tarixə düşən “Rəvan” PFK-nın adına xələl gətirmək məqsədi ilə yayımlanan qərəzli yazılara rast gəlməkdəyik. AFFA-nın təşkil etdiyi U-19 Liqasının 2014/2015-ci il mövsümünün qalibi olmaqla, qitə miqyaslı yarışa vəsiqə qazanan klubun bu uğuruna kölgə salmaq istəyənlər, heç bir əsası olmayan, şantaj xarakterli xəbərlər yaymaqla məşğuldurlar.
“Son günlər ölkə mətbuatında Azərbaycanın UEFA Gənclər Liqasında ilk təmsilçisi kimi tarixə düşən “Rəvan” PFK-nın adına xələl gətirmək məqsədi ilə yayımlanan qərəzli yazılara rast gəlməkdəyik. AFFA-nın təşkil etdiyi U-19 Liqasının 2014/2015-ci il mövsümünün qalibi olmaqla, qitə miqyaslı yarışa vəsiqə qazanan klubun bu uğuruna kölgə salmaq istəyənlər, heç bir əsası olmayan, şantaj xarakterli xəbərlər yaymaqla məşğuldurlar.
Gənclər Liqasında ölkəmizi təmsil edən ilk kluba dəstək olmaq əvəzinə, zərbə vurmağa çalışanların bu cəhdlərini təəssüf hissi ilə qarşılayırıq. Gənc bir klubun komandasının I mərhələnin ilk oyunu çərçivəsində səfərdə əsası 1922-ci ildə qoyulan “Spartak”a 0:4 hesabı ilə uduzmasının rüsvayçılıq kimi qəbul edilməsini hardasa başa düşmək olar. Media mənsublarının adlı-sanlı rəqibi ilə dueldə “Rəvan” PFK-dan daha yaxşı nəticə gözləmələri bizi qürurlandırır. Demək ki, gənc klubumuzun uşaq futboluna sərf etdiyi maliyyə və çəkdiyi əziyyət hədər getməyib.
Ancaq yerli medianın beynəlxalq yarışda Azərbaycanı təmsil edən bir klubun heyətində “lipa” axtarması, U-19 komandamızın baş məşqçisi Zamin Əsədullayevlə bağlı “araşdırma” və ən nəhayət, Moskvaya yollanan heyətin geriyə dönən zaman qidalanmamağını, şam etmədən Bakıya ac dönmələrini iddia etmək heç bir çərçivəyə sığmır. “Rəvan” PFK-ya qarşı bu cür münasibət başa düşülən deyil. Qərəzli münasibətin kökündə hansı səbəblərin durduğunu bilmək bizim üçün də maraqlıdır.
Əvvəla, “Rəvan” PFK-nın heyətində “lipa” axtaranlara demək istərdik ki, klubun qapıları hər kəsin üzünə açıqdır. Komandanın heyətində yer alan bütün futbolçuların şəxsiyyətlərini təsdiq edən sənədlərlə tanış ola bilərsiniz. “Rəvan” PFK-nın UEFA-nın tələblərini pozaraq, Gənclər Liqasında iştirak edən heyətdə klubun akademiyasının 12 deyil, 6-7 üzvünün yer aldığını iddia etmək isə absurddur. Sizcə, UEFA buna icazə verər?
“Rəvan” PFK-nın Moskvaya səfər edən heyət üzvlərinin şam etmədən Bakıya dönmələrinə gəlincə, bu da gülünc iddiadır. Bəli, “Spartak”la oyundan sonra komanda məskunlaşdığı “Holiday İnn” otelinə dönsə də, orada şan edə bilməyib. Səbəb isə Moskva şəhərində axşam saatlarında yaranan böyük tıxac olub. Komanda üzvlərinə Bakıya gətirəcək təyyarə saat 22:40-da hərəkət edəcəyindən, hava limanında qidalanmağa qərar verilib və hər kəs yeməklə təmin olunub. Bunu bəzi futbolçular da mətbuata açıqlamalarında təsdiqləyiblər. Üstəlik, uçuş zamanı da sərnişinlərə isti yemək və içki təqdim edilib”.