Premyer Liqanın 12-ci turunda “Rəvan” “İnter”in qonağı olacaq. “Şəfa” stadionunda keçiriləcək oyun komandanın yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında çıxacağı 3-cü qarşılaşma olacaq. İlk iki oyunun nəticələrinin ardıcıllığına baxsaq, bu dəfə qələbə olmalıdır. Çünki Diniyevlə ilk oyunda məğlubiyyət, sonra isə heç-heçə qeydə alınıb. Deməli, növbə qələbənindir.
Amma unutmaq lazım deyil ki, bu dəfəki rəqib “Rəvan” üçün ən düşərsizidir. Axı buna qədər komandalar arasında keçirilən 5 oyunun hamısını “İnter” qazanıb. Özü də səfər matçlarında rəqib qapısına qol da vurulmur. Deməli, qələbə üçün hər iki aspektdə bir ilkə imza atmalıyıq. Artıq uğursuz seriyaları qırmaq vaxtıdır.
30.10.2011 Rəvan – İnter 1:2
07.03.2012 İnter – Rəvan 1:0
04.10.2012 Rəvan – İnter 0:2
02.12.2012 İnter – Rəvan 2:0
25.08.2013 Rəvan – İnter 1:5