Kateqoriyasız

“Rəvan” bu xəbərə sevinir

“Rəvan” Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Sumqayıt” üzərində (0:1) qələbədən sonra baş məşqçi Vladislav Qədirovun istəyi ilə futbolçulara 2 günlük istirahət verilmişdi. 

Komanda üzvləri bu gündən yenidən hazırlığa başlayıb.

“Bayıl Arena”da baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşq 2 hissəyə ayrılıb. Belə ki, hazırlığın əvvəli fiziki hazırlığın yüksəldilməsinə hesablanmış təmrinlərlə olub. Ardından isə futbolçular taktiki-texniki hazırlığa keçib. Toplu çalışmalar komanda üzvləri, xüsusən də yeni transferlər arasındakı qarşılıqlı anlayışı yüksəltməyə hesablanmış formada olub. Sevindirici məqam ondan ibarətdir ki, artıq Xuan Manuel Varea da fərdi məşqlərə başlayıb. Qolkiperlər isə qapıçılar üzrə məşqçi Kamil Qafarovun rəhbərliyi altında çalışıb.

Komanda axşam məşqini trenajor-zalda keçirəcək. Fiziki hazırlıq üzrə məşqçi Rastislav Svitskinin rəhbərliyi altında futbolçular əzələ qüvvəsini artırmağa çalışacaq.

Xatırladaq ki, Xuan Manuel Varea Topaz Premyer Liqasının IV turunda keçirilən “Rəvan” – “İnter” (1:5) qarşılaşmasında topuğundan zədələnmişdi.

Mənbə: revanfc.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43