"Rəvan” heyəti gücləndirməkdə davam edir.
Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, komanda bu gün daha 3 futbolçunun transferini rəsmiləşdirib. Bunlar qapıçı Kamal Bayramov və yarımmüdafiəçilər Cəmşid Məhərrəmov ilə Kristian Torresdir.
Son mövsümü Qərb bölgəsinin təmsilçilərində – uyğun olaraq "Turan” və "Kəpəz”də keçirmiş yerli futbolçularla 2 illik müqavilə imzalanıb. 2011-ci ilin yayından etibarən 1,5 il ərzində "Rəvan"ın şərəfini qorumuş, son qış "transfer pəncərəsi”ndə "Qarabağ”a keçərək ölkə çempionatının gümüş medallarını qazanmış argentinalı pleymeykerlə isə müddəti mövsümün sonuna qədər olan saziş imzalanıb.