Kateqoriyasız

“Rəvan” daha bir futbolçuyla yollarını ayırdı

Antalyada təlim-məşq toplantısında olan “Rəvan” daha bir futbolçu ilə yollarını ayırıb.

“Sarı-qırmızılılar”ın yeni baş məşqçisi Güvenç Kurtar Kristian Torresin komandada saxlanılmamasını istəyib. Türkiyəli çalışdırıcı argentinalının xidmətində maraqlı olmaması üçün onun komandada saxlanılmasını lazım bilməyib. 

Bununlada “Rəvan”da gedənlərin sayı 5-ə çatıb. Belə ki, Torresdən öncə “Rəvan” Vüsal Qarayev, Sohib Sovankulov, Rəşad Abdullayev və Fredrix Holsterlə yollarını ayırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43