Premyer Liqa

“Rəvan” “Neftçi” önünə yarımcan heyətlə

Premyer Liqanın 35-ci turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq “Rəvan”da ciddi itkilər var.

İdmanxeber.com-a klubun baş məşqçisi Güvenç Kurtarın verdiyi məlumata görə, Danimarkaya gedən və hələ də qayıtmyan Oke Akpovetadan başqa Elvin Həsənəliyev, braziliyalı Juio Sezar və Yamin Ağakərimov da zədəli olduqlarından “Neftçi” ilə oyunu buraxmalı olacaqlar. 

Bundan əlavə çiynindən əməliyyat olunan Dmirti Kruqlov da vacib qarşılaşmada Güvənç Kurtarın sərəncamında olmayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43