Yeni mövsümə hazırlaşan “Rəvan” yoxlama görüşündə qüvvəsini sınayıb.
İdmanxeber.com-un məlumatına göprə, “aslanlar” Quisarın “Şahdağ” kollektivi ilə qarşılaşıb.
“Sarı qırmızılılar” ilk hissədə Əli Əliyev və Amil Yunanovun vurduğu qollarla önə keçsə də, qələbə hesabını qoruya bilməyib. “Bayıl Arena”da baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, bu oyundan sonra komanda istirahətə buraxılıb. “Rəvan” təlim-məşq toplanışının ikinci mərhələsinə iyulun 29-da start verəcək.