“Rəvan” klubu yığma komandaların oyunları ilə bağlı Topaz Premyer Liqasında fasilə yaranmasından istifadə edərək yoxlama oyunu keçirəcək. Komanda I divizion təmsilçisi “Şahdağ” ilə qarşılaşacaq. Oyun sentyabrın 7-də “Bayıl arena”da keçiriləcək və matç saat 18.00-da başlayacaq.
Qarşılaşma hazırlıq mərhələsinin bir hissəsi olduğundan baş məşqçi Vladislav Qədirov bu görüşdə bütün futbolçulara şans vermək niyyətindədir.