“Rəvan” FK gücünü yoxlama matçlarında sınamaqda davam edir. Növbəti mövsümə hazırlaşan “aslanlar” daha bir görüş keçiriblər.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu yay təlim-məşq toplanışı dönəminə ikinci dəfə “Şuşa” ilə qarşılaşıb.
İyulun 16-da baş tutan ilk dueldə rəqibinə bir cavabsız qolla uduzan “Rəvan” FK həmin yenilginin əvəzini çıxıb. “Aslanlar” “Dalğa Arena”da reallaşan oyunda “Şuşa”nı 2:1 hesabı ilə üstələyiblər. Komandanın qollarını Aslan Hüseynovla Elgün Abbaslı vurub.
Qeyd edək ki, “Rəvan” FK növbəti yoxlama oyununu avqustun 21-də “Ağsu” klubuna qarşı keçirəcək. (klub saytı)