Kateqoriyasız

“Rəvan” “Universitatya”ya da qalib gəldi – YENİLƏNİB

Premyer Liqanın autsaderlərindən olan "Rəvan" Antalya toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq.

Güvənç Kurtarın tələbələri Rumıniyanın “Universitatya” komandasının ikinci heyəti ilə qarşılaşacaq.

Xatırladaq ki, buna qədər “Rəvan” Braziliyanın “Uniao” (2:1) komandası ilə qarşılaşmışdı.

20:30 "Rəvan" – "Universitatya" (Rumıniya) 1:0
Qol: Tyaqo, 27 (1:0)

”Rəvan”: Lukaş Sapela, Novruz Məmmədov, Cəmşid Məhərrəmov, Pexa, Matye Moriç, Miloş Adamoviç, Nunu Sezar, Ceyhun Cavadov, Tyaqo Mirosema, Kamil Nurəhmədov.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43