Premyer Liqanın IX turu çərçivəsində öz meydanında "Xəzər Lənkəran"la qarşılaşacaq "Rəvan" bu çətin oyunda Aqil Nəbiyevin xidmətindən istifadə edə biləcək.
Klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov idmanxeber.com-a açıqlamasında AZAL-la oyunda zədələnərək meydandan çıxan təcrübəli futbolçunun böyük ehtimalla "Xəzər Lənkəran"la oyunda meydana çıxa biləcəyini düşünür:
"AZAL-la oyunda Aqil qasıq nahiyəsində problemi olduğu üçün əvəzləndi. Həkim müayinəsindən sonra Aqilin "Xəzər Lənkəran"a qarşı oynayıb-oynamayacağı bəlli olacaq. Ancaq düşünürəm ki, yəqin ki, meydana çıxa biləcək".