Ardıcıl üç oyundur ki, göstərdiyi futbolla adından söz etdirən “Rəvan” Premyer Liqanın 26-cı turu çərçivəsində səfərdə keçirəcəyi “Simurq”la oyun öncəsi ciddi itkilərlə üzləşib.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “aslanlar” Zaqatalaya Sezar, Oke Akpoveta və Novruz Məmmədovsuz yollanacaq. Adı çəkilən hər üç futbolçu “Xəzər Lənkəran”la oyunda sarı kart alaraq cəzalı duruma düşüblər.
Bundan əlavə əsas qapıçı Lukaş Sapelanın da bir oyunluq cəzası qalıb.