26 Dekabr 2024
Ölkə futbolu

“Rəvan”da əlavə məşq

Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunda “Bakı” ilə qarşılaşan “Rəvan”da matç bitimindən sonra əlavə məşq olub.

Klubun saytına istinadən verdiyimiz məlumata görə, baş məşqçi Güvənc Kurtarın qərarıyla “Bakı” ilə qarşılaşmada meydana çıxmayan futbolçular əlavə hazırlıq keçib. Köməkçi məşqçilər – Gökhan Kağıtçıoğlu və Lütfi Hindal Gündüzün rəhbərliyi altında baş tutan çalışmalar əsasən fiziki hazırlıqla bağlı olub. Maneələri aşmaqla məsafəyə qaçan oyunçular müxtəlif hərəkətlər də yerinə yetirib. Yalnız Julio Sezar fərdi proqram əsasında çalışıb.

Qeyd edək ki, “Rəvan” – “Bakı” matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43