Türkiyə mətbuatı maraqlı məlumat yayıb.
Xəbərə görə, paytaxtın "Rəvan" klubunu türk məşqçi Güvənç Kurtar çalışdıracaq. Bu barədə məşqçinin özü yerli mətbuata açıqlamasında bildirib:
"Azərbaycanın "Rəvan" komandası ilə razılaşmışıq. Sabah Azərbaycana gedəcəm və son olaraq masaya oturacağıq. Bir problem çıxmazsa, bazar ertəsi müqavilə imzalayacağıq".