Azərbaycan Premyer Liqası çərçivəsində "Rəvan" doğma meydanda "Xəzər Lənkəran"la qarşılaşdı. Oyundan sonra keçirilən mətbuat konfransında ev sahiblərinin baş məşqçisis Vladislav Qədirov qarşılaşma haqda bunları dedi:
"Bu gün hücum xətti güclü olan komandaya qarşı oynayırdıq. Futbolçularıma təşəkkür edirəm, xüsusiylə Pexaya. Çünki o zədəli olduğu halda ikinci hissədə yaxşı mübarizə apardı".