“Rəvan” heyətinə gürcü futbolçu qata bilər.
İdmanxeber.com-un məlumatına görə, “aslanlar” gürcü yarımmüdafiəçi Sandro Çelidzeni heyətinə qatmağa yaxındı.
Futbolçu ilə danışıqlar gedir və böyük ehtimalla Çelizde ilə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Çelidzenin son komandası Rusiyanın “Torpedo” klubu olub.