27 Sentyabr 2022
Maqazin

“Rəvan”ın sabiq vitse-prezidenti oteldə ölü tapıldı

“Nurgün” Şirkətlər Qrupunun vitse-prezidenti, ötən ilin əvvəlinədək “Rəvan”ın prezidenti vəzifəsini tutan Müşfiq Səfiyevin üzərində zorakılıq olmayan meyiti dünən saat 17:00 radələrində Salyan Olimpiya İdman Kompleksinin mehmanxanasında aşkarlanıb. Şirkətin Salyandakı fəaliyyəti ilə əlaqədar rayona gələrək həmin mehmanxanada qalan Səfiyev qapının döyülməsinə və telefon zənglərinə cavab verməyib. Bunu görən otel işçiləri onun qaldığı otağa pəncərədən daxil olarkən, şirkət rəsmisinin meyitini görüblər. O, artıq çoxdan keçinibmiş

Mərhumun cəsədinin ətrafına istifadə etdiyi dərmanlar da səpələnibmiş. 50 yaşlı Müşfiq Səfiyev yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün beyninə qan sızdığı ehtimal olunur. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Mərhum tanınmış şair Əli Vəkilin oğludu. M.Səfiyevin Salyanda iri maldarlıq təsərrüfatı ilə məşğul olduğu da deyilir. Onun Salyan və Neftçala rayonları ərazisində iri maldarlıq ferması olub. Həmin fermalarda Avropadan idxal olunmuş cins inəklər bəslənirmiş.(virtual.org)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Fənərbağça”nın ulduz futbolçusu bu xəbərlə sarsıldı

admin

“Xəzər Lənkəran” Xocalını unutmadı: soyqırım qurbanlarının xatirəsi yad edildi- VİDEO

admin

Barak Obama Devid Bekmlə Ağ evdə görüşdü

admin