“Rəvan”ın türkiyəli yeni baş məşqçisi Güvənç Kurtar Bakıya gəlib.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, artıq danışıqlar müsbət yekunlaşıb və o, sabah rəsmi müqaviləyə qol çəkəcək. Onun köməkçilərinin türk olacağı bildirilir. Ancaq həmin köməkçilərdən birinin azərbaycanlı ola biləcəyi ehtimalı da var.