Antalyada qış təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın ikinci gününü iki məşqlə başa vurub.
İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, günün ilk məşqi fitnes zalında keçirilib və təxminən 60 dəqiqə davam edib.
Günün ikinci məşqi isə meydançada olub və təxminən 1 saat 10 dəqiqə davam edib. Yağışlı hava şəraitində keçən məşqdə futbolçular fiziki təmrinlərin ardından toplu çalışmaları yerinə yetirib. Yeni transfer Reynaldo Silva da komandaya qoşulub.