19 Fevral 2025
Kateqoriyasız

Reynaldo üçün La Liqadan elçi gəlir

“Qarabağ”da göstərdiyi gözəl oyunla bir çox klubların diqqət mərkəzinə düşən Reynaldo üçün bu dəfə La Liqadan xəbər gəlib.

İdmanxeber.com-un məlumatına görə, daha öncə “Zalsburq”un 2 milyonluq təklifinə müsbət cavab verməyən “Qarabağ” klubunun hücumçusu Reynaldo  üçün bu dəfə  İspaniyanın “Levante” klubu elçi düşüb. “Qarabağ” klubunun bu təklifə nə cavab verəcəyi maraqla gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43