11 Yanvar 2025
Kateqoriyasız

Reynaldo və Sadıqov məşqə qatılmadı – VİDEO

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlıqları davam etdirir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün komanda bir məşqlə kifayətlənib.

90 dəqiqə davam edən səhər məşqində fiziki yüklənmələr üzərində baş tutub və futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək qapıya zərbələr üzərində çalışıblar. Bir neçə təkrarla baş tutan təmrinlərlə səhər məşqi başa çatıb.

Qeyd edək ki, səhər məşqində Reynaldo və Rəşad Sadıqov iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43