“Qarabağ”ın hücumçusu Reynaldo zədəli olduğu üçün vətəni Braziliyada bərpa kursu keçir.
İdmanxeber.com-un məlumatına görə, Ağdma klubunun “sambaçı”sı dekabrın 26-da vətənində xeyriyyə matçı təşkil etməyə hazırlaşır.
Qarşılaşma “Reynaldonun dostları” və “Valdivanın dostları” komandaları arasında baş tutacaq.
“Koarisi da Mata Fonseka” stadionunda baş tutacaq oyunu izləmək istəyənlər 5 ABŞ dolları və ya 1 kq ərzaq verməlidirlər. Xeyriyyə matçından götürüləcək gəlirin Braziliyadakı ehtiyacı olan imkansız şəxslərə paylanılacağı bildirilir.