“Qarabağ”ın zədəli futbolçusu Reynaldo vətəni Braziliyada əməliyyat olunub.
İdmanxeber.com-un məlumatına görə, bu haqda futbolçu özünün rəsmi İnstagram səhifəsində yazıb.
“Sambaçı” əməllyyatın uğurla keçdiyini bildirib.
“Əməliyyatımın yaxşı keçməsi üçün dua edən, mənə dəstək mesajı göndərən hər kəsə təşəkkür edirəm” – deyən Reynaldo qeyd edib ki, indi əsas məsələ yaxşı realibitasiya keçib tezliklə geri qayıtmaqdır.
Reynaldo öncədən də açıqlandığı kimi 6 aydan sonra deyil, 2 aya məşqlərə başlayacaq.