Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ" "Valetta"nı darmadağınla turnirdən yola saldı – 4:0.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun aparıcı üzvü Reynaldo bu möhtəşəm qələbənin ardından öz sevgilisi Monike Brito ilə Bakı Bulvarına gəzintiyə çıxıb. Futbolçu "facebook" sosial şəbəkəsində az öncə paylaşdığı fotoda: "Sevgim mənə uğurlar verdi. Onun mənim yanımda olduğu üçün Allaha çox şükür" – qeyd edib.
Qeyd edək ki, Reynaldo Malta klubunun qapısına bir qol vuraraq, ilk hissədən sonra əvəzlənmişdi.