Şotlandiyanın “Reyncers” klubunun yeni baş məşqçisi məlum olub.
İdmanxeber.az xəbər verir ki, Qlazqo klubu Mayk Bilə tapşırılıb. Təcrübəli çalışdırıcı ilə 4 illik müqavilə imzalanıb.
Bil bu posta bir neçə gün əvvəl istefaya göndərilən Covanni van Bronxorstu əvəzləyib.
Qeyd edək ki, “Reyncers” hazırda Şotlandiya çempionatında 2-ci sıradadır.