18 Oktyabr 2021
Kateqoriyasız

Riad Rəfiyev könüllü cəbhəyə yollanmaq üçün müraciət etdi

Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində vəziyyət gərginləşdikdən sonra çox sayda gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək könüllü şəkildə cəbhəyə yollanmaq istədiklərini bildirirlər. Prezident İlham Əliyevin son müşavirədəki çağrışından sonra müraciətlərin sayı sürətlə artır.
İdmanxeber.az-ın məlumatına görə, könüllü şəkildə cəbhəyə yollanmaq istəyənlər arasında “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev də var və o, artıq qeydiyyatdan keçib.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Arzu Rəhimov dünən verdiyi açıqlamada 4 mindən çox vətəndaşın qeydiyyata alındığını bildirib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ”nin legioneri nikbindi: “Şanslar bərabərdi”

admin

“Bizdə xahişlə oynamırlar” – Qurban Qurbanov

admin

Çempionlar Liqasında pley-off cütlükləri bəlli oldu

admin