05 Fevral 2025
Kateqoriyasız

Riçard Almeyda Avropa Liqasında liderdi

Avropa Liqasında ən çox dəqiq ötürmə edən futbolçuların siyahısı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın futbolçusu Riçard Almeyda siyahıda ilk pilləni tutur.

Ağdam klubunun braziliyalı futbolçusu aktivində 218 dəqiq ötürmə ilə hər kəsi qabaqlayır.

Qeyd edək ki, 26 yaşlı futbolçu daha öncə Avropa Liqasinda həftənin rəmzi komandasında  yer almışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43